...

FHN Novruz bayramı ilə bağlı xəbərdarlıq etdi (VİDEO)

Cəmiyyət Materials 10 Mart 2015 15:13 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi barədə xəbərdarlıq edib.
FHN Novruz bayramı ilə bağlı xəbərdarlıq etdi (VİDEO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi barədə xəbərdarlıq edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə,

Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydaları bilməyimiz vacibdir:

− bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

− tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

− tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

− tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

− yandırılan şamlar nəzarətsiz qalmamalıdır;

− əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.

FHN vətəndaşlara bildirir: "Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!", "Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!"

Nazirlik vətəndaşlara təhlükə zamanı 112-yə zəng edilməsini tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti