...

Bakıda özəl klinikada ana ölümü faktı ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 23 Mart 2015 11:05 (UTC +04:00)
Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda özəl klinikada ana ölümü faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 23 mart /Trend/

Bakıda "Astoriya" Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

E.Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır.

Xatırladaq ki, Trend öncədən məlumat vermişdi ki, martın 20-də Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. 29 yaşlı İlahə Musazadə "Astoriya" Tibb Mərkəzində doğuş zamanı ölüb.

Ana uşağı təbii doğuş vasitəsilə sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.

"Astoriya" Tibb Mərkəzindən hadisənin olmasını Trend-ə təsdiqləyiblər. Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti