...

Hesablama Palatası Bakı bağçalarında uşaqlar üçün uniformaların dövlət hesabına tikilməsini qanunsuz saydı

Cəmiyyət Materials 6 Aprel 2015 15:14 (UTC +04:00)
Bakıda məktəbəqədər uşaq müəssisələrinə cəlb olunmuş uşaqlar tam dövlət təminatında olmadığı halda, uşaqlara geyim formaları (uniformalar) alınmasına büdcə vəsaiti sərf edilib.
Hesablama Palatası Bakı bağçalarında uşaqlar üçün uniformaların dövlət hesabına tikilməsini qanunsuz saydı

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda məktəbəqədər uşaq müəssisələrinə cəlb olunmuş uşaqlar tam dövlət təminatında olmadığı halda, uşaqlara geyim formaları (uniformalar) alınmasına büdcə vəsaiti sərf edilib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə fəaliyyət hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan bir bağça müdirinə şiddətli töhmət verilib.

Aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə idarə tərəfindən podratçı təşkilatlara ödənilmiş 111,4 min manat məbləğində vəsait müvafıq qaydada bərpa edilib.

Sumqayıt şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrində aparılan audit zamanı məlum olub ki, bəzi hallarda məktəbəqədər uşaq müəssisələri nəzərdə tutulmuş qida məhsulları ilə fasiələrlə və tam təmin edilməyib. Audit zamanı Sumqayıt şəhərindəki məktəbəqədər təhsil müəssisələrində bır sıra nöqsanlar aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti