...

Qaradağda I Avropa Oyunlarına hazırlıq işləri davam etməkdədir (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2015 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Ölkəmizdə I Avropa Oyunlarının başlanılacağı gün yaxınlaşdıqca bu mötəbər tədbirlə bağlı hazırlıq işlərinin miqyası da genişlənir. Bu baxımdan paytaxtımızın ən böyük rayonu olan Qaradağ rayonunda həyata keçirilən tədbirlər diqqət çəkməkdədir.

Trend-ə verilən məlumata görə, bu məqsədlə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən müvafiq sərəncam verilib və tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına əsasən görülən işlər nəticəsində rayon ərazisindən keçən Dairəvi yol ətrafında böyük bir sahədə abadlıq işləri aparılaraq ərazidə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, mineral gübrələr səpilib.

Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə Eldar şamı, zeytun, liandra, tuya və bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilmiş, sünu ot örtüyü salınıb. Bundan başqa "Bakı Avropa Oyunları 2015"in loqosu, Avropa Oyunlarında keçiriləcək idman yarışlarının şəkilləri rayon ərazisinə giriş hissədən yerləşdirilib.

Bu sahədə görülən işlər davam etdirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti