Azərbaycan, Bakı, 25 aprel /Trend/
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun aprelin 29-da Daşkəsən şəhərində, Dövlət Arxivi İdarəsinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.
Qəbulda yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Dövlət Arxivi İdarəsinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 2) 28 aprel 2015-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.