...

Bakı şəhər İcra Hakimiyyəti çağırış etdi

Cəmiyyət Materials 7 May 2015 10:22 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 10-da Gül bayramı və atəşfəşanlıq təşkil ediləcək.
Bakı şəhər İcra Hakimiyyəti çağırış etdi

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlhamə İsabalayeva/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 10-da Gül bayramı və atəşfəşanlıq təşkil ediləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, İcra Hakimiyyəti şəhərin qonaqlarını və Bakı vətəndaşlarını Gül bayramına dəvət edir.

Gül baryamı mayın 10-da Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında keçiriləcək və həmin tarixdə saat 21.00-da Dənizkənarı Milli Parkda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziyası tərəfindən bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

Bakı Şəhər İcra Hakimiyyəti sizi bayram şənliklərində iştirak etməyə, konsert və atəşfəşanlığı seyr etməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti