...

Mayın 10-da Bakıda hərəkətin məhdudlaşdırılacağı küçə və prospektlərin siyahısı açıqlandı

Cəmiyyət Materials 9 May 2015 16:41 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Gül bayramı, həmçinin ulu öndərin xatirəsinə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 5-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 10-da Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Mayın 10-da Bakıda hərəkətin məhdudlaşdırılacağı küçə və prospektlərin siyahısı açıqlandı

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İ.İzzət/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Gül bayramı, həmçinin ulu öndərin xatirəsinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun 5-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 10-da Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edənlərin təhlükəsizliyini təmin etmək məqsədilə mayın 10-u saat səhər 08:00-dan başlayaraq tədbir qurtaranadək M.Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Bundan başqa, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun 5-ci mərhələsinin keçirilməsi ilə əlaqədar 10.05.2015-ci il tarixdə paytaxtın Neftçilər, Zərifə Əliyeva, Parlament, Bülbül, İnşaatçılar prospektlərində, habelə Rəşid Behbudov, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi, Sona xanım Vəlixan, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Hüseyn Cavid, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Üzeyir Hacıbəyov və Rixard Zorge küçələrində nəqliyyat vasitələrinin hərəkəti saat 10:30-dan 14:30-dək fasilələrlə məhdudlaşdırılacaq.

İdarə əhalidən tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, şəxsı nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.

V.Əsədov, həmçinin bildirib ki, Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək Gül bayramı ilə bağlı mayın 10-da Şəmsi Bədəlbəyli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə qədər avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti