...

BDU URAP reytinqinə daxil olub

Cəmiyyət Materials 8 İyun 2015 14:27 (UTC +04:00)
Bakı Dövlət Unuversiteti (BDU) Azərbaycan Universitetləri üzrə 1-ci sırada qərarlaşaraq, URAP reytinqinə daxil olub.
BDU URAP reytinqinə daxil olub

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Bakı Dövlət Unuversiteti (BDU) Azərbaycan Universitetləri üzrə 1-ci sırada qərarlaşaraq, URAP reytinqinə daxil olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitut (URAP) 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısını açıqlayıb. Bakı Dövlət Universiteti Azərbaycan universitetləri üzrə 1-ci sırada, dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşıb.

Beynəlxalq URAP reytinqi Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilərək, 2009-cu ildən təşkil olunur.

URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti