...

Belarus Azərbaycan alimlərinə GMO bitkilərin təyini sahəsində birgə əməkdaşlıq etməyi təklif edib

Cəmiyyət Materials 10 İyun 2015 14:59 (UTC +04:00)
Belarus Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutuna (GEİ) genetik modifikasiya olunmuş bitkilərin təyini sahəsində birgə əməkdaşlıq etməyi təklif edib.
Belarus Azərbaycan alimlərinə GMO bitkilərin təyini sahəsində birgə əməkdaşlıq etməyi təklif edib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Belarus Elmlər Akademiyasının Genetika və Sitologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutuna (GEİ) genetik modifikasiya olunmuş bitkilərin təyini sahəsində birgə əməkdaşlıq etməyi təklif edib.

GEİ-dən Trend-ə verilən məlumata görə, institutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov GSİ-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Valentina Lemeşi qəbul edib.

V.Lemesi görüşdə GEİ ilə biotəhlükəsizlik, genetik modifikasiya olunmuş bitkilərin təyini, marker əsaslı seleksiya və Yeni Nəsil Sekvenser texnologiyası üzrə əməkdaşlıq edə biləcəklərini və birgə kadr hazırlığının aparılacağını qeyd edib. Görüşdə hər iki təşkilatın Avropa Komissiyasının HORİZON-2020 proqramında, o cümlədən yerli fondların qrant layihələrində birgə əməkdaşlıq edəcəyi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti