...

İctimai davranış qaydalarının təbliğinə həsr olunan tədbir keçirilib

Cəmiyyət Materials 10 İyun 2015 18:00 (UTC +04:00)
Demokratiya və İnsan Hüquqları Komitəsi (DİHK) “Milli -mənəvi dəyərlər və ictimai davranış qaydaları haqqında təbliğat tədbirlərinin təşkili”nə həsr olunan fəaliyyətə start verib.
İctimai davranış qaydalarının təbliğinə həsr olunan tədbir keçirilib

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Demokratiya və İnsan Hüquqları Komitəsi (DİHK) "Milli -mənəvi dəyərlər və ictimai davranış qaydaları haqqında təbliğat tədbirlərinin təşkili"nə həsr olunan fəaliyyətə start verib. Trend-in məlumatına görə, bu barədə DİHK-nın sözügedən fəaliyyətə həsr olunan tədbirində bildirilib.

Tədbir zamanı qeyd olunub ki, məqsəd mədəni, sivil gənc nəslin formalaşdırılmasına səy göstərmək, qloballaşma və mədəni inteqrasiya şəraitində milli-mənəvi, əxlaqi dəyərlərin daha da inkişaf etdirilməsində cəmiyyətin rolunun artırılması və gənclər arasında ictimai davranış qaydaları ilə bağlı maarifləndirmənin aparılmasıdır.
Təşkilat təmsilçilərinin bildirdiyinə görə, Bakıda, Balakən, Masallı və Şamaxıda keçiriləcək tədbirlərdə gənclər, orta və yaşlı təbəqənin, həmçinin QHT və KİV nümayəndələrinin iştirakı ilə müzakirələrin keçirilməsi nəzərdə tutulur: "Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz, milli-mənəvi, əxlaqi dəyərlərə zərbə, vətənpərvərlik haqqında düşüncələrin inkişaf etdirilməsi, qloballaşma və mədəni inteqrasiya şəraitində KİV-lərin rolu, etik və ictimai davranış qaydaları mövzuları görüşlərdə müzakirə olunacaq. Çalışacağıq ki, əhali, xüsusən də gənclər milli-mənəvi, əxlaqi dəyərlər, tarixi köklərimiz, eyni zamanda, ictimai davranış qaydaları haqqında daha geniş məlumat ala bilsinlər".

Qeyd edək ki, fəaliyyət Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti