...

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edildi

Cəmiyyət Materials 3 Avqust 2015 19:45 (UTC +04:00)
Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edildi

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis təyin edilib.

Nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Elnur Nazim oğlu Abdullayev Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Yeni təyinata qədər E.Abdullayev "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti