...

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə təntənəli mərasim keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Avqust 2015 17:17 (UTC +04:00)
Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə avqustun 18-də DSX-nin Aparatında təntənəli mərasim keçirilib.
Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə təntənəli mərasim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümü münasibətilə avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX)-nın Aparatında təntənəli mərasim keçirilib.

DSX-nın mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə avqust ayının 17-də imzaladığı sərəncamlardan irəli gələn böyük ruh yüksəkliyi ilə keçən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsi işində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, şəxsi heyəti peşə bayramı münasibəti ilə təbrik edib.

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla həyata keçirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin günü-gündən möhkəmlənməsi, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artması, Vətənimizin hüdudlarının etibarlı şəkildə qorunması qeyd edilib.

Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlıqların yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illər ərzində ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısının, Azərbaycan sərhədçisinə olan inam və etibarın dayandığı xüsusi vurğulanıb.

Tədbirdə ali hərbi rütbələr təqdim olunub, xidmətdə fərqlənmiş hərbi qulluqçular orden və medallarla təltif ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti