...

Bakıda “yaşıl dalğa” tətbiq edilən yollar (SİYAHI)

Cəmiyyət Materials 7 Sentyabr 2015 13:29 (UTC +04:00)
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimal edilir. Bununla bağlı hazırda svetoforların vaxt planları yenilənir və pik saatlarına uyğun qurulur.
Bakıda “yaşıl dalğa” tətbiq edilən yollar (SİYAHI)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlkin İzzət/

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimal edilir. Bununla bağlı hazırda işıqforların vaxt planları yenilənir və pik saatlarına uyğun qurulur.

Məlumatda bildirilir ki, bu məsələdə avtomobillərin küçə və prospektlərdən keçməsi sayının artımı da nəzərə alınır. Avtomobillərin hərəkət intensivliyinə dair statistik məlumatlar çıxarıldıqdan sonra əsas yollarda "yaşıl dalğa"ların (nəqliyyat vasitələrinin dayanmaması üçün yol boyu ardıcıl olaraq bir neçə işıqforda yaşıl işığın yanması) sayı artırılır.

NİİM-dən bildiriblər ki, hələlik aşağıda qeyd edilən yollarda "yaşıl dalğa" tətbiq edilir:

"Yaşıl Dalğa" prinsipi ilə işləyən küçə və prospektlər

Hərəkət istiqamətinin adı

1

Abbasqulu ağa Bakıxanov küçəsi

2

Rəşid Behbudov küçəsi

3

Tbilisi prospekti

4

Üzeyir Hacıbəyov küçəsi

5

Zərifə Əliyeva küçəsi

6

Akademik Həsən Əliyev küçəsi

7

Alfred Nobel prospekti

8

Hüseyn Cavid küçəsi

9

Bülbül prospekti

10

Səməd Vurğun küçəsi

11

Cəfər Cabbarlı küçəsi

12

Hənifə Ələsgərova küçəsi

13

Təbriz küçəsi

14

Abbas Mirzə Şərifzadə küçəsi

15

Qara Qarayev prospekti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti