...

Azərbaycanda gələn il elmə ayrılacaq büdcə vəsaitləri açıqlandı

Cəmiyyət Materials 14 Sentyabr 2015 17:27 (UTC +04:00)
2016-cı ilin dövlət büdcəsindən elm sahəsinə 131,7 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
Azərbaycanda gələn il elmə ayrılacaq büdcə vəsaitləri açıqlandı

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

2016-cı ilin dövlət büdcəsindən elm sahəsinə 131,7 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, 2015-ci illə müqayisədə 12,5 faiz azdır.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-ci ildə dövlət büdcəsindən elm sahəsinə 150,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb ki, onun da 140 milyon manatının icra ediləcəyi gözlənilir.

Növbəti ildə elm xərclərinə proqnozlaşdırılmış 131,7 milyon manat vəsait fundamental elmi tədqiqatların və dövlət orqanlarında mövcud olan elmi tədqiqat təşkilatları tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönəldiləcək.

2016-cı ildə elm xərclərində elmi tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,5 mln. manat, latın qrafikalı kitabların çap edilməsi üçün 3,5 mln. manat, maddi-texniki təminatın möhkəmləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 1,0 mln. manat və digər tədbirlərin həyata keçirilməsi üçün 5,0 mln. manat vəsait nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti