Azərbaycan, Bakı, 14 oktaybr /Trend, müxbir İlhamə İsabalayeva/
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 523 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 746 nəfər zərəçəkən qeydə alınıb.
Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.
Botulizm nəticəsində 1 nəfər pomidor turşusundan (bu ilin yanvar ayında) dünyasını dəyişib.