...

Yollardan yağış sularının yığılması üçün 3 yeni nasos quraşdırılıb (FOTO, VİDEO)

Cəmiyyət Materials 22 Oktyabr 2015 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/

Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunun 1-ci kilometrliyində yerləşən nasosxanada 3 ədəd "GRUNDFOS" markalı yeni nasos quraşdırılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, məqsəd sözügedən ərazilərdən gələn yağış və yeraltı qrunt sularının "Suraxanı su kanalı"na vurularaq uzaqlaşdırmaqdır.

Nasosxananın 300 kubmetr yağış sularının toplanması üçün su anbarı mövcuddur. Bura yığılan sular bundan öncə yaxınlıqda yerləşən su anbarına vurulsa da, anbar kiçik olduğundan ərazidə müəyyən problemlər yaranırdı. Belə ki, vurulan qrunt və yağış suları anbardan aşaraq əraziyə yayılırdı.

Problemin köklü şəkildə aradan qaldırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nasosxanadan "Suraxanı Su kanalı"na yeni 3200 metr uzunluğunda və 400 millimetr diametrlik borular çəkilib. Bununla da ərazidə yaranan problemlər tam olaraq aradan qaldırılıb.

Qeyd edək ki, sözügedən işlər Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti