...

Dilçilik İnstititu: Monitorinqin nəticələri çox acınacaqlıdır

Cəmiyyət Materials 6 Noyabr 2015 11:57 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Bakının Səbayel, Nərimanov və Nəsimi rayonlarındakı küçə adları, reklam lövhələri, afişa və elanlarda ədəbi dilin işlənməsi vəziyyəti ilə aparılan monitorinq yekunlaşıb.
Dilçilik İnstititu: Monitorinqin nəticələri çox acınacaqlıdır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Bakının Səbayel, Nərimanov və Nəsimi rayonlarındakı küçə adları, reklam lövhələri, afişa və elanlarda ədəbi dilin işlənməsi vəziyyəti ilə bağlı aparılan monitorinq yekunlaşıb.

Bunu Trend-ə İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Q.Məhərrəmlinin sözlərinə görə, monitorinqin nəticələrinin noyabrın 20-dən sonra açıqlanması nəzərdə tutulur: "Monitorinqin nəticələri çox acınacaqlıdır. Yalnız Nərimanov rayonunda 700-ə yaxın reklam lövhəsinin 200-də Azərbaycan dilində yazı yoxdur. Belə nöqsanlar barədə müvafiq təşkilatlara müraciət ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti