...

Dinlərarası tolerantlığın Azərbaycan modeli İsveçdə müzakirə olunacaq

Cəmiyyət Materials 17 Noyabr 2015 13:10 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də İsveç Krallığına səfərə yola düşüb.
Dinlərarası tolerantlığın Azərbaycan modeli İsveçdə müzakirə olunacaq

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də İsveç Krallığına səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) təşkilatçılığı ilə Stokholmda 18-19 noyabr tarixlərində keçiriləcək "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda Elmi Konfransda iştirak etməkdir.

Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Azərbaycandakı konfessiyaların rəhbərləri - Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Arxiyepiskopu Arxiyepiskop Aleksandr İşein, Roma Katolik kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının Ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadiy Zelmanoviç daxildir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin də iştirak etdiyi Konfransda "Dinlərarası tolerantlığın Azərbaycan modeli", "Multikulturalizmin Azərbaycan və İsveç modelləri: müqayisəli təhlil" mövzularında panel iclasları keçiriləcək. QMİ sədri A.Paşazadə konfransda məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində İsveç Krallığının rəsmiləri və din xadimləri ilə görüşlər nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti