...

Ağstafada 4 avtomobil körpüsü inşa ediləcək

Cəmiyyət Materials 19 Noyabr 2015 17:37 (UTC +04:00)
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ağstafa rayonu ərazisində 4 avtomobil körpüsünün tikintisi işlərinə start verilir.
Ağstafada 4 avtomobil körpüsü inşa ediləcək

Bakı. Trend:

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən Ağstafa rayonu ərazisində 4 avtomobil körpüsünün tikintisi işlərinə start verilir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tikinti işləri ölkə başçısının tapşırığına əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılacaq. Körpülərin Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılır. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmiryol üzərində inşa ediləcək.

Kür çayı üzərində inşa ediləcək körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası planlaşdırılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmiryol üzərindəki tikiləcək körpünün isə uzunluğu 34 metr olacaq.

Layihə Asiya İnkişaf Bankının ayırdığı kredit hesabına maliyyələşdirilir. Təqribən bir ay müddətində mobilizasiya işləri başa çatdırılaraq, tikintiyə start verilməsi planlaşdırılır.

Layihənin tikinti müddəti ilkin olaraq 2 il nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti