...

NIKOIL | Bank ənənəvi qanvermə aksiyası keçirdi (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2015 13:59 (UTC +04:00)
NIKOIL | Bank-ın kollektivi 1 dekabr, QİÇS-lə Ümumdünya mübarizə günündə növbəti ənənəvi qanvermə aksiyasını keçirdi.
NIKOIL | Bank ənənəvi qanvermə aksiyası keçirdi (FOTO)

Bakı. Trend:

NIKOIL | Bank-ın kollektivi 1 dekabr, QİÇS-lə Ümumdünya mübarizə günündə növbəti ənənəvi qanvermə aksiyasını keçirdi. Bankın Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində bütün filiallar və eyni zamanda mərkəzi ofisin əməkdaşları qeyd olunan aksiyada iştirak ediblər.

Bankdan Trend-ə verilən məlumata görə, aksiyanın gedişi müddətində ümumi həcmdə 7 litr qan toplanıb.

QİÇS-ə qarşı ümumdünya mübarizə günü hər il dekabr ayının 1-də keçirilir. Bu hadisə 1988-ci ildən bəri müntəzəm olaraq, QİÇS haqqında qlobal maarifləndirmə və bu dəhşətli infeksiya qarşısında beynəlxalq mübarizəni göstərmək məqsədilə qeyd olunur.

10 ildən artıqdır ki, NIKOIL | Bank-ın əməkdaşları müntəzəm olaraq bu və ya digər qlobal hadisələrə həsr olunan qanvermə aksiyalarında iştirak etməklə özlərini fəxri donor adlandıra bilərlər. Ildə iki dəfə keçirilən bu ənənəvi aksiya bankın korporativ sosial məsuliyyəti çərçivəsində keçirilir. Qeyd etmək lazımdır ki, NIKOIL | Bank müntəzəm olaraq keçirilən qanvermə aksiyalarının könüllü iştirakçısıdır və Mərkəzi Qan Bankı və Talassemiya Mərkəzi ilə sıx əməkdaşlıq edir.

Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

Məqalədə:
Xəbər lenti

Xəbər lenti