...

"London taksi"ləri artıq Sumqayıtda

Cəmiyyət Materials 9 Dekabr 2015 14:57 (UTC +04:00)
"London taksi"ləri artıq Sumqayıtda da fəaliyyətə başlayıb.
"London taksi"ləri artıq Sumqayıtda

Bakı. Elmir Murad - Trend:

"London taksi"ləri artıq Sumqayıtda da fəaliyyətə başlayıb. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Anar Səfərli deyib.

Onun sözlərinə görə, sözügedən taksilər artıq 10 günə yaxındır ki, Sumqayıtda müştərilərə xidmət göstərir.

A.Səfərli qeyd edib ki, yaxın vaxtlarda daha 80 taksinin Sumqayıta gətirilməsi nəzərdə tutulur: "Ümumilikdə 100 ədəd "London taksi"sinin Sumqayıta gətirilməsi gözlənilir. Bakıdan fərqli olaraq, Sumqayıtda taksilər başqa tariflə işləyirlər. Gün ərzində xidmət zamanı yığılan vəsait yarıbayarı bölünür. Vəsait sürücü ilə şirkət arasında bölünür".

Şöbə rəisi taksilərlə yanaşı, Sumqayıta sərnişindaşımada istifadə olunacaq müasir avtobusların gətiriləcəyini də bildirib: "Yaxın günlərdə Sumqayıta yeni avtobuslar da gətiriləcək".

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Dövlət başçısı Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıb ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti