Bakı. İlhamə İsabalayeva - Trend:
"Elm haqqında" qanun layihəsində sahibkarlıqla və innovasiyalarla bağlı məsələlər genişləndiriləcək. Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, sahibkarlıq və innovasiyalarla bağlı məsələlərin layihədə genişləndirilməsi günün tələbidir.
Komitə sədri qeyd edib ki, elmdə innovasiyalar və sahibkarlıq fəaliyyəti üzrə qanun layihəsinin hazırlanması da məqsədəuyğun olardı.