...

20 Yanvar faciəsi Polşa ictimaiyyətinə fərqli üsulda çatdırılıb (VİDEO)

Cəmiyyət Materials 20 Yanvar 2016 17:36 (UTC +04:00)
Polşanın paytaxtı Varşavada müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə 20 Yanvar faciəsi Polşa ictimaiyyətinə daha fərqli üsulda çatdırılıb.
20 Yanvar faciəsi Polşa ictimaiyyətinə fərqli üsulda çatdırılıb (VİDEO)

Bakı. Trend:

Polşanın paytaxtı Varşavada müxtəlif universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə 20 Yanvar faciəsi Polşa ictimaiyyətinə daha fərqli üsulda çatdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada iştirak edən tələbələr Nail Əhməd, Rəsul Məmmədov, Məhərrəm Qarayev və Kamil Babayev üzərində 20 Yanvar faciəsini əks etdirən kiçik bukletləri, qərənfillərlə birlikdə şəhər sakinlərinə paylayıblar. Azərbaycanın Polşadakı səfirliyi tərəfindən hazırlanmış broşürlərin üzərində 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən faciə haqqında polyak dilində geniş məlumat verilib.

Aksiya zamanı tələbələr şəhər sakinlərini sovet qoşunlarının Bakıya müdaxiləsi zamanı dinc əhaliyə qarşı törədilən qətliam və bu qanlı faciənin baş verməsindən öncəki və sonrakı hadisələrin tarixi ilə bağlı məlumatlandırıb. Bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyi, əksinə, xalqımızın öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğu bildirilib.

Qeyd edək ki, bu təşəbbüs Varşavanın mərkəzində həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti