...

Bakıda hava kəskin dəyişəcək: qar yağacaq, güclü külək əsəcək

Cəmiyyət Materials 22 Yanvar 2016 13:31
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.
Bakıda hava kəskin dəyişəcək: qar yağacaq, güclü külək əsəcək

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.

Yanvarın 23-ü axşamdan 27-si gündüzədək Azərbaycanın rayonlarında da hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti