...

Bakıda 15 ticarətçini aldadan dələduz qadına hökm oxundu

Cəmiyyət Materials 11 Fevral 2016 12:58 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini 1969 təvəllüdlü Roza Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Roza Abbasova 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R.Abbasova Sədərək Ticarət Mərkəzində ticarətlə məşğul olub. Qadın ticarət mərkəzində çalışan vətəndaşların etibarından sui-istifadə edərək bir neçə nəfəri aldadıb, onlara Türkiyədən ucuz qiymətə mal gətirmək məqsədilə həmin şəxslərdən 143 min manat alıb. Lakin sonradan həmin qadın tərəfindən aldadıldığını bilən ticarətçilər bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Cinayət işində 15 nəfərə yaxın ticarətçi zərərçəkmiş qismində tanınıb.

R.Abbasova Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduz) maddəsi ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti