...

Azərbaycan KİV-in fəaliyyətindəki məqamlar ABŞ-da diqqətlə izlənilir (FOTO)

Cəmiyyət Materials 12 Fevral 2016 17:52 (UTC +04:00)
Fevralın 11-də ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqəlar şöbəsinin müdiri Stiven Qays, mətbuat xidmətinin rəhbəri Nikolas Barnet və mətbuat xidmətinin nümayəndəsi Mehdi Hüseynquliyev Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.
Azərbaycan KİV-in fəaliyyətindəki məqamlar ABŞ-da diqqətlə izlənilir (FOTO)

Bakı. Trend:

Fevralın 11-də ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqəlar şöbəsinin müdiri Stiven Qays, mətbuat xidmətinin rəhbəri Nikolas Barnet və mətbuat xidmətinin nümayəndəsi Mehdi Hüseynquliyev Azərbaycan Mətbuat Şurasında (MŞ) olub.

Şuradan Trend-ə verilən məlumata görə, qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, Şura media ilə bağlı müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasını həyata keçirir: "Mətbuat Şurası həmçinin jurnalistlərin peşə vəzifələrini sərbəst şəkildə yerinə yetirilmələrinə yönələn tədbirlər də görür, ümumən ölkədə söz və ifadə azadlığı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır. Mövcud istiqamətdəki tendensiyaları yaxından izləyir",.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və Şuranın İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə MŞ-nin ABŞ-ın Azərbaycandakı səfirliyi ilə müntəzəm əlaqədə olmasını qarşılıqlı əməkdaşlıqdakı müsbət məqam kimi vurğulayıb.

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqəlar şöbəsinin müdiri S.Qays səfirliyin Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm verdiyini bildirib. Səfirliyin mətbuat katibi N.Barnet isə mövcud istiqamətdəki təşəbbüslərin davamlılığının vacibliyini önə çəkib. Hər iki nümayəndə bu xüsusda Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Görüşdə ictimai rəyin formalaşmasında medianın roluna toxunulub. Qonaqlar Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətindəki məqamların ABŞ-da diqqətlə izlənildiyini və perspektiv əməkdaşlıqda əsas kimi götürüldüyünü vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti