...

Novruz şənlikərinə dəvətlisiniz

Cəmiyyət Materials 1 Mart 2016 16:31 (UTC +04:00)
Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqram ilə sevindirəcək.
Novruz şənlikərinə dəvətlisiniz

Bakı. Trend:

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqram ilə sevindirəcək. Trend-in məlumatına görə, martın 22-23-də milli bayramımız Novruz münasibətilə Sarayının səhnəsində möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirdəcəklər.

Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və muasir rəqsləri, illuziya şousunu və musiqili qonaqların çıxışını izləyə biləcəklər.

Saat 13:00-da başlayacaq Şənliklərin biletləri 10-20 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74

İnformasiya dəstəyi - Trend, Day.az, Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti