...

"Azərbaycana idxal olunan gübrələrin keyfiyyəti çox aşağıdır"

Cəmiyyət Materials 2 Mart 2016 16:02 (UTC +04:00)
"Azərbaycana çoxlu gübrə idxal olunur, lakin bu gübrələrin səmərəsi və keyfiyyəti çox aşağıdır".
"Azərbaycana idxal olunan gübrələrin keyfiyyəti çox aşağıdır"

Bakı. İlhamə İsabalayeva - Trend:

"Azərbaycana çoxlu gübrə idxal olunur, lakin bu gübrələrin səmərəsi və keyfiyyəti çox aşağıdır". Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında çıxış edən AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov deyib.

Azərbaycanda gübrə istehsalının artırılması üçün şəraitin olduğunu deyən Z.Əkbərov əlavə edib ki, Azərbaycanda üzvi qalıqların və məişət tullantılarının həcmi milyon tonlardadır.

O, hesab edir ki, gübrələrin köməyi ilə torpaqların münbitliyinin bərpası istiqamətində tədqiqatlar artırılmalıdır: "Yerli istehsal hesabına yüksək keyfiyyətə malik olan həm gübrə, həm də kimyəvi vasitələr istehsal olunmalıdır ki, onlar ucuz başa gəlsin. Akademiya institutlarının birgə hazırladığı yeni mineral üzvi gübrə istehsal olunub, sınaqdan keçirilib. Onun bir çox fermer təsərrüfatlarında tətbiqi başa çatıb. Hesab edirəm ki, həmin gübrənin geniş istehsalına və tətbiqinə keçilməlidir. Bu, Azərbaycanda əkin dövriyyəsinə yeni daxil edilən torpaqların münbitliyinin və bitkilərin məhsuldarlığının artırılmasına böyük töhfə verə bilər".

Z.Əkpərov əkin dövriyyəsinə daxiı olan torpaqların interaktiv xəritəsinin hazırlanmasını da vacib sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti