...

Fuad Qəhrəmanlı iki məhkəmə qərarından apelyasiya şikayəti verdi

Cəmiyyət Materials 4 Mart 2016 16:28 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Nəsimi rayon məhkəməsinin iki qərarından apelyasiya şikayəti verib.
Fuad Qəhrəmanlı iki məhkəmə qərarından apelyasiya şikayəti verdi

Bakı. Samir Əli - Trend:

Nardaran hadisələri ilə bağlı dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Nəsimi rayon məhkəməsinin iki qərarından apelyasiya şikayəti verib. Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, o, F.Qəhrəmanlının girov müqabilində həbsdən azad olunması ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət etmişdi: "Məhkəmə müraciəti təmin etmədi. Həmçinin bu gün Fuadın həbs müddəti başa çatırdı. Dünən Nəsimi rayon məhkəməsi onun barəsindəki həbs müddətini daha iki ay uzatdı. Biz də hər iki qərardan narazı qaldığımız üçün apelyasiya şikayəti verdik".

F.Mehdiyev bildirib ki, hər iki apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti