...

Millət vəkilinin Türkiyənin şəhərində "Qarabağ parkı" təklifi bələdiyyə tərəfindən dəstəklənib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2016 10:13 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayevanın Türkiyənin Kırşehirdə "Qarabağ parkı" və "Xocalı Soyqırımı" abidəsi yaradılması ilə bağlı təklifi bələdiyyə başqanı tərəfindən məmnunluqla dəstəklənib.
Millət vəkilinin Türkiyənin şəhərində "Qarabağ parkı" təklifi bələdiyyə tərəfindən dəstəklənib (FOTO)

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayevanın Türkiyənin Kırşehirdə "Qarabağ parkı" və "Xocalı Soyqırımı" abidəsi yaradılması ilə bağlı təklifi bələdiyyə başqanı tərəfindən məmnunluqla dəstəklənib. Trend-ə verilən məlumata görə, Kırşehir bələdiyyə başçısı Yaşar Bahçeci ilə görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Kırşehirin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Q.Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb. O, yaxın zamanlarda Kırşehir mərkəzi parklardan birinə " Qarabağ" adının veriləcəyinə və orada Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacağına inandığını deyib və Kırşehir bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Kırşehir bələdiyyə başçısı Yaşar Bahçeci Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Kırşehir bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkilinin Kırşehirdə Azərbaycan parkı və Xocalı Soyqırımı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti