...

BDU-da ilaxır çərşənbə qeyd edilib (FOTO)

Cəmiyyət Materials 15 Mart 2016 15:16 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) rektor, akademik Abel Məhərrəmov və müəllim-tələbə heyətinin iştirakı ilə Novruz şənliyi keçirilib.
BDU-da ilaxır çərşənbə qeyd edilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) rektor, akademik Abel Məhərrəmov və müəllim-tələbə heyətinin iştirakı ilə Novruz şənliyi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən rektor Abel Məhərrəmov bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Rektor bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor A.Məhərrəmov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib.

Daha sonra Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib.

Sonda universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq "Yallı" rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxışlar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti