...

Bilik Fondu Novruz ərəfəsində ahıllara baş çəkdi (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 17:44 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Novruz bayramı ərəfəsində Bilgəhdə yerləşən “Müharibə və əmək veteranları üçün pansionat”da olub.
Bilik Fondu Novruz ərəfəsində ahıllara baş çəkdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Novruz bayramı ərəfəsində Bilgəhdə yerləşən "Müharibə və əmək veteranları üçün pansionat"da olub.

Fond yarandığı gündən əhalinin müxtəlif zümrələri arasında yalnız maarifləndirmə aparmaqla kifayətlənmir, həm də xeyriyyə tədbirləri həyata keçirir.

Novruz bayramı münasibətilə ahılları bu dəfəki ziyarət Bilik Fondunun həmin məkana dördüncü gedişidir.

Əvvəlcə veteranlara Bakının 145 və 18 nömrəli tam orta məktəblərinin, həmçinin Bakı Slavyan Universitetinin Məktəb-lisey kompleksinin şagirdlərinin hazırladıqları bayram xonçaları hədiyyə edilib.

Sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dördüncü kurs tələbələrinin ifasında müxtəlif səhnəciklər oynanılıb, pansionat sakinləri üçün hazırlanan rəqs nömrələri təqdim edilib. Ahıllar tələbə və şagirdlərə qoşularaq rəqs edib, şənləniblər.

Tələbə və şagirdlər ahılların otaqlarına gedib onların yaşayış şəraitləri ilə maraqlanıblar. Gənclər özlərinə baba, nənə bildikləri yaşlılara tez-tez baş çəkəcəklərinə söz veriblər.

Xatırladaq ki, Bilgəhdəki Müharibə və əmək veteranları üçün pansionatda 150 nəfər ahıl yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti