...

İstanbuldakı partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Cəmiyyət Materials 19 Mart 2016 14:54 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Türkiyədəki diplomatik missiyaları İstanbulda baş vermiş partlayışda xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. Bunu Trend-ə Azərbaycanın Türkiyədəki diplomatik missiyalarından deyiblər.

Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu İstanbulda baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, bu gün İstanbulun İstiqlal prospektində partlayış olub. Hadisə nəticəsində terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti