...

Bakıda tanınmış şirkətin baş mühasibi məhkəmə qarşısına çıxarılır

Cəmiyyət Materials 12 Aprel 2016 17:40 (UTC +04:00)
Bakıda 174 min manat mənimsəməkdə təqsirləndirilən “S.A.B.A” MMC-nin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəməsinin vaxtı açıqlanıb.
Bakıda tanınmış şirkətin baş mühasibi məhkəmə qarşısına çıxarılır

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda 174 min manat mənimsəməkdə təqsirləndirilən "S.A.B.A" MMC-nin baş mühasibi Taley Rəhimovun cinayət işi üzrə məhkəmə prosesinin vaxtı açıqlanıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 13-ə təyin edilib.

Qeyd edək ki, "S.A.B.A" MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edərək şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib.

Sonra "S.A.B.A" MMC-nin baş mühasibi T.Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti