...

İş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstənin məhkəməsi davam etdirilib

Cəmiyyət Materials 25 Aprel 2016 13:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələdə iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstənin məhkəməsi davam etdirilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələdə iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xətai Rayon Polis İdarəsinin əməkdaşları Arif Hüseynov və Zamiq Tağıyev ifadə verib.

A.Hüseynov ifadəsində təqsirləndirilən şəxs Fəxri Şirinzadənin həbsi zamanı onun üzərindən tapanca aşkarlandığını deyib.

Proses mayın 2-də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti