DİN-in İdman Cəmiyyətinin yubileyi qeyd olunub (FOTO)

DİN-in İdman Cəmiyyətinin yubileyi qeyd olunub  (FOTO)

Bakı. Trend:

Bu gün DİN-in "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının növbəti iclası və Nazirliyin İdman Cəmiyyətinin yaranmasının 15 illik yubileyinə həsr olunmuş tədbir öz işinə başlayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Koordinasiya Şurasının sədri, general-mayor Vladimir Timoşin iclası giriş özü ilə açaraq respublikamızın möhtəşəm idman oyunlarına ev sahibliyi etdiyini, mükəmməl idman infrastrukturunun yaradıldığını, bunun nəticəsində Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmələrindən məmnunluğunu bildirib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından salamlayıb və ən xoş arzularını çatdırıb. Bakıda keçirilən toplantının idman sahəsində gələcək əməkdaşlığımızın inkişafına yeni imkanlar açması baxımından böyük önəm kəsb etdiyini, ümumən, idmanın multikultural proses olaraq dostluq, həmrəylik, etika, ədalət, qarşılıqlı hörmət kimi bəşəri dəyərlər ilə səsləşdiyini, onları təbliğ etmək fürsəti verən nadir bir qüvvə olduğunu vurğulayıb, idman yarışlarının onu təşkil edən ölkəyə öz tarixini, ənənələrini, ədəbiyyatını, musiqisini nümayiş etdirmək imkanı yaradan və ən başlıcası qlobal sülhə çağırış mahiyyəti daşıyan tədbir olduğunu qeyd edib.

Sonra qonaqlara ölkəmizin zəngin tarixi, mədəniyyəti, keçdiyi çox mürəkkəb, lakin şərəfli yol, müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyin qorunması, iqtisadi inkişafın və cəmiyyətin sosial müdafiəsinin təmin edilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli quruculuq işləri və islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin nümunəvi təmini, kriminogen durumun nəzarətə götürülməsi barədə ətraflı məlumat verilib.

Xüsusi qeyd olunub ki, Ulu Öndərin və dövlət başçımızın həyata keçirdikləri strategiyanın məntiqi nəticəsi olaraq, bu gün ölkəmiz beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə töhfələr verən nüfuzlu bir dövlət kimi tanınır. Çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edərək regionda və daha geniş arealda multikulturalizm mərkəzi statusunu ildən-ilə gücləndirən respublikamız, onun paytaxtı Bakı şəhəri son illər dünyanı bürüyən problemlərdən çıxış yolunu arayan, qlobal məsələlərin müzakirə edildiyi zirvə görüşlərinin, konfransların, humanitar forumların keçirildiyi bir məkana çevrilib.

Daxili işlər naziri deyib ki, ötən il ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan idman tarixində yeni maraqlı səhifə açıb. Bu il Bakıda "Formula-1" Qran-Pri yarışları, Dünya Şahmat Olimpiadası, habelə 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir ki, bu da multikulturalizm dəyərlərinin bütün sahələrdə özünü büruzə verdiyini bir daha təsdiq edir.

Bildirilib ki, ölkəmizdə həyata keçirilən quruculuq işləri çərçivəsində gənclərlə iş və idman sahəsinə də xüsusi diqqət yetirilir. Kütləvi bədən tərbiyəsi və idman artıq cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. 1997-ci ildən başlayaraq müxtəlif bölgələrdə bir-birinin ardınca çoxsaylı idman obyektləri, o cümlədən olimpiya kompleksləri inşa edilib, bir çox müvafiq infrastruktur yenidən qurulub. İndi Azərbaycanda güclü idman potensialı formalaşıb.

Böyüməkdə olan nəsil adlı-sanlı idmançılardan nümunə götürür və onların şərəfli yolunu davam etdirməyə çalışır.

Nazir qeyd edib ki, yarandığı 1926-cı il 9 mart tarixindən idmanımızın bayraqdarına çevrilən "Dinamo" İdman Cəmiyyəti 2001-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti adlanır və idmanın inkişafına böyük töhfələr verir, şəxsi heyətin fiziki hazırlığında müstəsna rol oynayır. Əməkdaşların professional hazırlığının yüksəldilməsi, fiziki və psixoloji gərginliklə bağlı olan əmək funksiyalarının icrasında dözümlüyünün artırılması məqsədilə bədən tərbiyəsinin və idmanın inkişafı üzrə aparılan işlər bütövlükdə cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin qorunmasının peşəkarlıqla həyata keçirilməsinə öz müsbət təsirini göstərir.

Daha sonra tədbir iştirakçılarına ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması, torpaqlarımızın 20 faizinin işğal edilməsi, xalqımızın məruz qaldığı soyqırımı, etnik təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə də məlumat verilib. Təəssüflə qeyd olunub ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi təcavüzkar dövlət tərəfindən hələ də icra edilmir.

Çıxışının sonunda daxili işlər naziri Ramil Usubov Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının Bakıda keçirilən iclasının işinə uğurlar arzulayıb.

Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin xüsusi qaygısı sayəsində bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini, Olimpiya və ötən il Bakıda keçirilmiş I Avropa Oyunlarında idmançılarımızın qazandıqları parlaq qələbələrdə DİN-in İdman Cəmiyyəti yetirmələrinin əhəmiyyətli payı olduğunu, Daxili İşlər Nazirliyi rəhbərliyinin daimi diqqəti nəticəsində sözügedən qurumun nümayəndələrinin beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiklərini məmnunluqla vurğulayıb.
Sonda Azərbaycanda "Dinamo" hərəkatının 90 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

İki gün davam edəcək tədbirdə Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Rumıniya, Tacikistan, Ukrayna dövlətlərinin müvafiq qurumlarının rəhbərləri, eyni zamanda, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, Milli Olimpiya Komitəsinin təmsilçiləri, idman veteranları iştirak edirlər.

Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötüb
Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötüb
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
Polşada fermerlər traktorlarla yolu bağladı
Loading Bars
Xəbər lenti
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Ermənistan müxalifəti Paşinyanın dekabrın 8-ə qədər istefaya getməsini tələb edib
Afrikada koronavirusdan ölənlərin sayı 53 min nəfəri ötüb
Prezident İlham Əliyev Xocalı soyqırımı törətmiş cəlladları da məhv etdi - Politoloq
Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın vaxtı açıqlandı - RƏSMİ (FOTO/VİDEO)
İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncəyə səfər edib (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun Beynəlxalq Könüllülər Günü təbriki
Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu keçirilib və “İlin Könüllüsü” mükafatı qalibləri elan olunub (FOTO)
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Dərsliklərdə Sinqapur təcrübəsi müzakirə edilib
Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin İdarə Heyətinin sədri Prezident İlham Əliyevi təbrik edib
AŞF FİDE-yə müraciət ünvanlayıb
Qarabağ səmalarında Azərbaycan bayrağı dalğalanır - Ərdoğan
Sumqayıtda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkarlanıb (FOTO/VİDEO)
Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz Azərbaycan xalqına dayaqsınız
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
İranın sabiq vitse-prezidenti həbs edildi
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif!
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Bütün xəbərlər