...

Cəzaçəkmə müəssisələrində amnistiya aktı icra olunub (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Cəmiyyət Materials 15 İyun 2016 10:47 (UTC +04:00)
1 saylı cəzaçəkmə müəssisəsində amnistiya aktına əsasən 13 məhbus azadlığa buraxılıb.
Cəzaçəkmə müəssisələrində amnistiya aktı icra olunub (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gündən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında qəbul edilmiş amnistiya aktının icrasına başlanılır.

Trend-in məlumatına görə, 1 saylı cəzaçəkmə müəssisəsində amnistiya aktına əsasən 13 məhbus azadlığa buraxılıb. Amnistiya aktı şamil olunan həmin 13 nəfərin 12-i Azərbaycan, 1-i Gürcüstan vətəndaşıdır.

Amnistiya aktının icrası 15 saylı cəzaçəkmə müəssisəsində də həyata keçirilib. Bu müəssisədən 10 nəfər Azərbaycan vətəndaşı azadlığa çıxıb.

Həmçinin Pentensiar Xidmətin müalicə müəssisəsidən 2 nəfər Azərbaycan vətəndaşı azadlığa buraxılıb.

Pentensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsindən isə 5 nəfər Azərbaycan vətəndaşı azadlığa buraxılıb.

Qeyd edək ki, amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Amnistiya aktı 10 min nəfər məhbusu əhatə edəcək. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti