...

Ural Federal Universitetində Azərbaycan guşəsi yaradıldı (FOTO)

Cəmiyyət Materials 21 İyun 2016 15:10 (UTC +04:00)
Rusiyanın birinci prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetində (UrFU) Azərbaycanı təqdim edən şəkillərdən ibarət guşə yaradılıb.
Ural Federal Universitetində Azərbaycan guşəsi yaradıldı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiyanın birinci prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetində (UrFU) Azərbaycanı təqdim edən şəkillərdən ibarət guşə yaradılıb.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Yekaterinburq şəhərində səfərdə olan Fondun mətbuat katibi Ceyhun Musaoğlu, Bakı Slavyan Universitetinin əməkdaşları Araz Məmmədzadə və Elvin Hətəmovun UrFU-da ölkəmizlə bağlı guşə yaradılması təşəbbüsü universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri, Avropa araşdırmaları kafedrasının müdiri, professor Aleksandr Qennadiyeviç Nesterov tərəfindən müsbət qarşılanıb.

Şəkillərin universitetin Beynəlxalq münasibətlər fakültəsinin yerləşdiyi mərtəbədə nümayiş olunmasına razılıq veriləndən sonra kafedranın əməkdaşı Aliksey Mixayloviç Çudinov xüsusi məkanın seçilməsində yaxından iştirak edib.

Bilik Fondu və BSU-nun təmsilçiləri UrFU-u nəşriyyatının direktoru Aleksey Vasilyeviç Podçinenovla da görüşüblər. Tərəflər arasında tanışlıq xarakterli fikir mübadiləsi aparılıb. Nəşriyyat Poliqrafiya Mərkəzinin direktoru Vadim Yuriyeviç Malıqin, əməkdaşı Andrey Banereviç Kryuçkov ölkəmiz haqqında təbliğat xarakterli materilların hazırlanmasına dəstək olublar.

Həmin mərtəbənin girişindəki divarlardan ABŞ, Rusiya, Çin və Ermənistanın müxtəlif görməli yerlərinin şəkilləri asılıb. Azərbaycanı təqdim edən şəkillər nümayiş olunduğu andan tələblərin diqqətini çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti