...

Nazir müavini: "Azərbaycan idmançılarına qarşı haqsızlıq edilir"

Cəmiyyət Materials 21 İyun 2016 17:25 (UTC +04:00)
“Bu gün dopinq problemi bütün dünyada mövcuddur. Bunu çəkinmədən demək olar ki, bu gün Ümumdünya Antidopinq Agentliyi tərəfindən bir çox idmançılara qarşı haqsızlıq edilir”.
Nazir müavini: "Azərbaycan idmançılarına qarşı haqsızlıq edilir"

Bakı. Elçin Mehdiyev - Trend:

“Bu gün dopinq problemi bütün dünyada mövcuddur. Bunu çəkinmədən demək olar ki, bu gün Ümumdünya Antidopinq Agentliyi tərəfindən bir çox idmançılara qarşı haqsızlıq edilir”.

Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bu gün Milli Məclisdə “İdmanda dopinq vasitələrindən və metodlarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin hazırlanması ilə bağlı yaradılan işçi qrupunun iclasında deyib.

İ.İsmayılov bildirib ki, bu gün Azərbaycanda 24 günahsız idmançının dopinq probleminin olduğu deyilir: “Niyə onların illərlə çəkdikləri əziyyətləri puç edirlər? Niyə onlara qarşı haqsızlıq edilir? Çəkilən əziyyətlərin bir göz qırpımında sıfıra endirilməsi nə dərəcədə düzgündür? Bilirəm ki, bu gün hansısa məşqçini və idmançını danışdırsaq, dediyim fikirləri dəstəkləyəcək. Ozonoterapiyanı dopinq qəbulu ilə necə eyniləşdirmək olar? Qanı yoxlayırlar və hemoqlabin yüksək çıxır, deyirlər, idmançı dopinq qəbul edib. Hansı maraqlarla bunu demək olar? Ozon nə vaxtdan dopinq olub? Adi diş ağrısına görə dərman içəndə deyirlər ki, dopinq qəbul edilib. İnsanları bu qədər əzmək, tapdalamaq olmaz. Yaxud da 10 il bundan qabaq qəbul edilən hansısa dərmanın izləri qalıbsa, bunu yenidən gündəmə gətirməyin nə mənası var? Axı idmançının günahı nədir? Dopinq məsələləri şəxsi maraqlar üzərində qurulduğundan bu problemlər yaranır. Dopinqə qarşı təmiz mübarizə aparılmır”.

Nazir müavininin sözlərinə görə, bu gün dopinq deyilən dərman preparatları baş ağrısı, diş ağrısı və adi həyat tərzində istifadə edilən dərmanlar xəstəxanalarda da istifadə olunur: “Eyni zamanda həmin dərman preparatları bu gün aptekdə insanlara satılır. Əgər belə təhlükəlidirsə, o zaman həmin dərmanlar satışdan çıxarılsın. Narazılığım odur ki, haqsızlıqlara yol verilməsin. Gənclər və İdman Nazirliyi bu gün də dopinqə qarşı mübarizə aparır. 2011-ci ildə ağırqaldırma idman növündə 27 ölkə, 2012-ci ildə 25 ölkə, 2013-cü ildə isə 26 ölkə dopinqə düşüb. Hər bir ölkə 500 min dollar cərimələnib. Cərimələrdən sonra dopinqlə bağlı heç bir problem meydana çıxmayıb. Bu necə ola bilər? Problem varsa, axıra kimi araşdırılmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti