...

Prokurorluq xəstənin səhvən sağ ayağının kəsilməsinə görə cinayət işi açdı

Cəmiyyət Materials 25 İyun 2016 13:55 (UTC +04:00)
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Prokurorluq xəstənin səhvən sağ ayağının kəsilməsinə görə cinayət işi açdı

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda xəstənin səhvən sağ ayağının kəsilməsinə görə cinayət işi açılıb.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 24-də uzun müddət diabed xəstəliyindən əziyyət çəkən 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin “Xüsusiləşdirilmiş Angioloji Mərkəz” ində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyə əməliyyatı olunarkən sol ayağı amputasiyası edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Araşdırma zamanı toplanmış materialda T.Məmmədovanın sağlamlığına ehtiyyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə yoxlamalar aparılır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti