...

Jurnalistlər arasındə şahmat turniri keçiriləcək

Cəmiyyət Materials 4 İyul 2016 13:41 (UTC +04:00)
Yarışın qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq.
Jurnalistlər arasındə şahmat turniri keçiriləcək

Bakı. Trend:

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi jurnalistlər arasında 22 İyul - Milli Mətbuat Gününə həsr olunan şahmat turniri keçirməyi planlaşdırır.

Yarışda iştirak etmək istəyən media nümayəndələrindən bu barədə iyulun 11-i saat 18:00-a qədər məlumat vermək xahiş olunur. Jurnalistlərdən ad, soyad və təmsil etdikləri medianı Bakı Şahmat Olimpiadasının rəsmi "facebook" səhifəsinin şərh bölümündə (müvafiq məlumatın) qeyd etmək tələb olunur.

Qaydalar və yarışın vaxtı barədə tezliklə məlumat veriləcək. Yarışın qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti