...

Azərbaycan gimnastları lentlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıblar (FOTO)

Cəmiyyət Materials 22 İyul 2016 18:40 (UTC +04:00)
Siyanə Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynəb Çeleb və Ayşən Bayramovadan ibarət qrup hərəkətləri üzrə Azərbaycan yığması lentlə hərəkətlərdə bədii gimnastika üzrə Dünya Kubokunun finalına çıxıblar.
Azərbaycan gimnastları lentlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıblar (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Siyanə Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynəb Çeleb və Ayşən Bayramovadan ibarət qrup hərəkətləri üzrə Azərbaycan yığması lentlə hərəkətlərdə bədii gimnastika üzrə Dünya Kubokunun finalına çıxıblar.

Gimnastlar təsnifatda 16,500 bal toplayaraq 8-ci yer tutublar ki, bu da onlara finala çıxmağa imkan verib.

Finala, həmçinin Rusiya, İsrail, İtaliya, Bolqarıstan, İspaniya, Yaponiya və ABŞ yığmaları da çıxıblar.

Sabah gimnastlar halqa və gürzlə hərəkətlər üzrə təsnifat yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparacaq. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti