...

İmişlidə baş verən zəlzələnin səbəbi bilindi (YENİLƏNİB)

Cəmiyyət Materials 2 Avqust 2016 12:30 (UTC +04:00)
Dünən İmişlidə baş verən zəlzələnin əsas səbəbi Kür çayı uzununa dərinlik qırılması olub.
İmişlidə baş verən zəlzələnin səbəbi bilindi (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Dünən İmişlidə baş verən zəlzələnin əsas səbəbi Kür çayı uzununa dərinlik qırılması olub. Trend-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, əsas təkandan sonra 7-yə qədər afterşoklar olub.

Q.Yetirmişli qeyd edib ki, həmin ərazi güclü seysmik zona olmasa belə tarixən burada güclü zəlzələlər baş verib: "Dünən baş verən güclü zəlzələ respublikanın əksər rayonlarında hiss olunub. Dağıntıların az olmasına səbəb isə zəlzələnin dərində baş verməsi olub. Zəlzələ nə qədər dərində olsa, güclü də olsa, onun hiss etmə arealı böyük olur, episentirdə isə fəsadları az olur. Dünənki zəlzələ təqribən 28 km dərinlikdə baş verib. Əgər zəlzələnin dərinliyi az olsaydı fəsadları çox olardı".

O, əlavə edib ki, İmişlidə baş verən zəlzələ 2012-ci ildə Zaqatala-Balakən zonasında baş vermiş zəlzələ ilə təxminən eyni gücdə olub.

Baş direktor bu ilin 7 ayı ərzində respublika ərazisində 4849 təkan qeydə alındığını, onlardan 57-nin hiss olunduğunu da vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti