...

Sahibkarların işçilərə gecikdirdiyi ödənişlər təmin olunub

Cəmiyyət Materials 26 Avqust 2016 14:47 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Sahibkarların  işçilərə gecikdirdiyi  ödənişlər təmin olunub

Bakı. Trend:

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, cari ilin ötən dövründə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan vətəndaş müraciətlərinin bir qismində əmək haqqı və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən onlara ödənilməsinin gecikdirilməsi ifadə olunub.

Hər bir belə müraciət diqqətlə, obyektiv şəkildə araşdırılıb və Xidmətin qanunvericiliyə uyğun şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində cari ildə işəgötürənlər tərəfindən 776 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Qeyd olunan vəsaitin 95 faizini gecikdirilmiş əmək haqları təşkil edib. Həmçinin 3 faizi gecikdirilmiş sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Xidmətin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsindən irəli gələn tələblər barədə işəgötürənlərə hüquqi izahatlar veriblər.

Ayrı-ayrı vətəndaşların qeyri-qanuni şəkildə işdən azad edilmələrinə dair müraciətləri də Xidmət tərəfindən araşdırılıb. Nəticədə 20 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinə xitam verildiyi müəyyən olunub və həmin işçilərin yenidən əvvəlki işlərinə bərpa olunmaları təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti