...

İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilənlər məhkəmədə ifadə verib

Cəmiyyət Materials 29 Avqust 2016 16:23 (UTC +04:00)
Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilənlər məhkəmədə ifadə verib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Suriyada olub və qanunsuz silahlı birləşmələrdə iştirak ediblər. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD”, “Cəbhət ən-Nüsra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti