...

Bakı payız səyahətləri üçün populyar şəhərlər siyahısında

Cəmiyyət Materials 9 Sentyabr 2016 16:56 (UTC +04:00)
“RoomGuru.ru” turizm xidməti payız səyahətləri üçün məşhur istiqamətləri açıqlayıb.
Bakı payız səyahətləri üçün populyar şəhərlər siyahısında

Bakı. Trend:

“RoomGuru.ru” turizm xidməti payız səyahətləri üçün məşhur istiqamətləri açıqlayıb.

Trend Mədəniyyət və Turizm nazirliyinin saytına istinadən xəbər verir ki, reytinq cədvəli sentyabrın 1-dən oktyabrın 31-dək qabaqcadan mehmanxana və mənzil kirayələmə axtarışına dair məlumatlara əsasən tərtib edilib.

Rusiyalı turistlər arasında payız səyahətləri üçün ən populyar şəhərlər sırasına Praqa, İstanbul, Minsk, Bakı, Roma, Barselona, Berlin, Varşava, Tallinn və Paris daxildir.

Azərbaycanın paytaxtına üçgünlük payız səfərləri üstünlük təşkil edir.

Payız səfərləri üçün büdcəyə uyğunluq baxımından ən sərfəli xarici şəhərlər Minsk və Varşavadır.

Mövsümdə 10 ən populyar xarici kurort gəzintisi üçün isə siyahıya Yunanıstan, Kipr, Türkiyə, İspaniya, İtaliya, Çexiya, Tailand, Bolqarıstan, Monteneqro və Xorvatiya daxildir.

Büdcəyə uyğunluq baxımından ən sərfəli ölkə Bolqarıstan, ən bahalı ölkə İtaliya müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti