...

Şəmkirdə partlamamış top mərmisi tapılıb

Cəmiyyət Materials 24 Sentyabr 2016 18:06 (UTC +04:00)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən sentyabrın 24-də Şəmkir şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.
Şəmkirdə partlamamış top mərmisi tapılıb

Bakı. Trend:

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən sentyabrın 24-də Şəmkir şəhərində aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Şəmkir şəhərinin 20 Yanvar küçəsində köhnə bazarın yaxınlığında 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi, OF-56) aşkar edilərək götürülüb, 350 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel-24 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 483 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 41 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti