...

"Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2016 14:22 (UTC +04:00)
Sentyabrın 24-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
"Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 24-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. IDEA-dan Trend-ə verilən məlumata görə, uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın sentyabr təlimi ağaclar və fəsillər mövzusuna həsr olunub.

Təlim zamanı uşaqlara ilin fəsilləri və onların xüsusiyyətləri barədə geniş məlumat verilib, həmçinin kiçik ekoloqlar ağacların ilin fəsillərinə uyğun olaraq dəyişməsi və inkişafı prosesi ilə tanış olublar.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edib, müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” hazırlayıblar. Daha sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə, onlarla birgə güllər əkilib, ağaclara qulluq göstərilib.

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunmuş sentyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ağacların planetimiz üçün çox mühüm əhəmiyyətə malik olduğunu kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə verib.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti