Bakı. Trend:
“Azəravtoyol” ASC-nin “Azəryolelmitədqiqatlayihə” İnstitutu yol təsərrüfatı mütəxəssisləri üçün ixtisaslaşdırma kursları keçirir.
“Azəravtoyol”un mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, kurslarda materialların tədqiqatı üzrə laborantlar, mexanizatorlar, operatorlar, mexaniklər və vərdənə ustaları hazırlanacaq, eyni zamanda kompyuter proqramları tədris ediləcək.
Kurslara oktyabrın 1-dən start veriləcək.