...

Tələbələr effektiv ünsiyyət texnikaları və hepatit barədə maarifləndirilib(FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2016 15:20 (UTC +04:00)
Bakı Dövlət Universitetində “Effektiv ünsiyyət texnikaları” və “Virus hepatitlərindən qorunma yolları” mövzusunda tələbələr üçün tibbi-psixoloji seminar keçirilib.
Tələbələr effektiv ünsiyyət texnikaları və hepatit barədə maarifləndirilib(FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində “Effektiv ünsiyyət texnikaları” və “Virus hepatitlərindən qorunma yolları” mövzusunda tələbələr üçün tibbi-psixoloji seminar keçirilib.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, psixoloq Ramil Nəcəfli və hepatoloq-qastroenteroloqu Aqil Ağakişiyevin iştirakı ilə keçirilən görüşü BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qəmbərov açaraq psixoloji faktorların gənclərimizin həyatında göstərdiyi təsirə və düzgün ünsiyyət texnikalarına sahib olmaqla bağlı əldə edəcəkləri faydalara toxunub, gənclərin tibbi-psixoloji maarifləndirilməsinin aktuallığından bəhs edib.

Tədbirdə çıxış edən hepatoloq-qastroenteroloq Aqil Ağakişiyev virus hepatitlərindən, hepatit C virusunun yayılması yolları, profilaktikası və müalicəsi yollarından danışıb. Psixoloq Ramil Nəcəfli effektiv ünsiyyət texnikalarından, o cümlədən düzgün tənqidetmə metodu olan “Sendviç” modeli barədə tələbələrə məlumat verib. Onun sözlərinə görə, “Sendviç” adıverilən bu modeli bildikdə həyatımız və münasibətlərimiz xeyli asanlaşır. Bu kimi effektiv ünsiyyət modelləri gündəlik şəxsi və iş həyatımızda hər birimizin işinə yarıyacaq texnikalardır. BDU THK-in sədri Daşqın Qəmbərov yekun olaraq vurğulayıb ki, Bakı Dövlət Universitetində hər zaman tələbələrin tədrisdən kənar şəxsi bilik və bacarıqlarının artırılması məqsədilə vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti